Modern.az

Yaxın Şərqdə sülh axtarışı

Yaxın Şərqdə sülh axtarışı

14 Fevral 2019, 00:51

Polşanın paytaxtı Varşavaya Yaxın Şərqdə sülhə dair beynəlxalq konfransda iştirak etmək üçün 60 ölkədən nümayəndə toplaşıb. Modern.az xəbər verir ki, Varşavada bu gün işə başlayan konfransa Avropa Birliyinə üzv dövlətlərin hamısı qatılıb. Böyük Britaniyanı konfransda xarici işlər naziri Ceremi Hant, ABŞ-ı vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeo, İsraili baş nazir Benyamin Netanyahu təmsil edir.

 

Yaxın Şərq regionundan 10, o cümlədən BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir kimi ölkələr konfransda təmsil olunur. Lakin İran, Türkiyə, Rusiya, Fələstin və Çin nümayəndələri tədbirə qatılmayıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza