Modern.az

ABŞ yeni hücum konsepsiyası hazırlayır - “Əgər Rusiya səmasında...”

ABŞ yeni hücum konsepsiyası hazırlayır - “Əgər Rusiya səmasında...”

22 Fevral 2019, 11:49

ABŞ mümkün hərbi rəqiblərinə qarşı yeni döyüş konsepsiyası hazırlayır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Devid Qoldfayn açıqlama verib.

 

Onun sözlərinə görə, hərbi qüvvələr İsveçrə pendirinə daraşan siçanlar kimi düşmənin müdafiə xəttini yaracaqlar.

 

Amerikalı hərbçilər Çin, Rusiya və digər ölkələrlə mümkün hərbi konfliktə hazır olmaq üçün yeni konsepsiya hazırlayır.

Vaşinqtonda yerləşən Bruklin Araşdırma İnstitutunda çıxış edən Qoldfayn yeni konsepsiyanın hərbi doktrinanın davam olmadığını əlavə edib.

Plan quruda, havada və suda qəfil hücum etməklə düşməni çətin vəziyyətə salmağı nəzərdə tutur. Ümumilikdə, konsepsiyanın dəyəri 135 milyard dollara çatır.

 

Aparıcı rolun ən yeni F-35 təyyarələrinə məxsus olması gözlənilir.

“Əgər Çin, Rusiya ya hər hansı digər rəqib ölkə səmalarında F-35 görsə, bu o deməkdir ki, biz ordayıq”-deyə general Devid Qoldfayn deyib.

Onun fikrincə, aviasiya hücumu ilə paralel olaraq, xüsusi təyinatlı qüvvələr quruda, sualtı qayıqlar isə sahildə fəaliyyət göstərəcək.

ABŞ-ın rəqiblərinin güclü deyil, zəif nöqtələrindən vurması yeni konsepsiyanın əsas qayəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir