Modern.az

Prezidentin korteji qəzaya düşdü

Prezidentin korteji qəzaya düşdü

22 Fevral 2019, 21:07

Prezidentin korteji yenə qəza törədib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Moldova Prezidenti İqor Dodonun kortejindəki avtomobillərdən biri yol-nəqliyyat hadisəsi ilə üzləşib.

 

Məlumata görə, hadisə xidməti səfər zamanı baş verib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, qarşıdan gələn avtomobilin sürücüsü ötüb-keçmə əməliyyatı zamanı yolun sürüşkən olduğunu yaddan çıxarıb.

 

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb. Polis təhqiqat aparır.

 

Qeyd edək ki, Moldova prezidentinin kortejində bundan əvvəl də qəza baş verib. 2018-ci il sentyabrın 9-da İqor Dodonun getdiyi “Mersedes” onun yoluna çıxan yük maşınına dəyərək aşıb. Qəza nəticəsində üç nəfər yüngül xəsarət alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir