Tikiş fabrikindəki partlayış 10 nəfərin həyatına son qoyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hindistanda Uttar-Pradeş ştatında baş verib
Məlumata görə, partlayış güclü olduğundan fabriki binasını tamamilə dağıdıb. Bundan əlavə ətrafda olan binalar partlayışdan dağılıb.
Hadisənin dəqiq səbəbi bildirilmir. Partlayış baş verəndə fabrikdə az insan olub.
Hadisə üzrə cinayət işi açılıb və araşdırma aparılır.