Ermənistan hökumətinin Yerevanda yerləşən binası alovlara qərq olub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əraziyə 6 yanğınsöndürmə maşını cəlb edilmişdi.
“09:03-də 1-ci hökumət binasında yanğın siqnalı bizə daxil oldu”-deyə Nazirlik məlumat yayıb.
Yanğın qısa müddətdə söndürülüb, xəsarət alan yoxdur.