Modern.az

ABŞ xalqdan oğurlaan pulları Qırğız Respublikasına qaytarır

ABŞ xalqdan oğurlaan pulları  Qırğız Respublikasına qaytarır

25 Fevral 2019, 22:42

ABŞ Qırğız Respublikasının eks-prezidenti Kurmanbek Bakiyevin ailəsinin mənimsədiyi 4,6 milyon dolları geri qaytaracaq.

Modern.az xəbər verir ki, bu barədə məlumatı “Economist.kg” yayıb.

 

Məlumata görə, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ilə iş üzrə köməkçisinin birinci müavini Alisa Uellsin fevralın 25-28-də Bişkekə səfəri zamanı həmin məbləğin Qırğız Respublikasına qaytarılması üçün maliyyə naziri Baktıkul Jeenbayeva ilə müqavilənin imzalanması planlaşdırılır.

 

Vurğulanıb ki, Kurmanbek Bakiyevn oğlu Maksim Bakiyev də ABŞ tərəfindən maliyyə fırıldağında ittiham olunsa da, 2013-cü ildə bu iş bağlanıb.

 

Bakiyevlərin keçmiş maliyyə müşaviri Yevgeni Qureviçin sözlərinə görə, Bakiyevlər ailəsi ölkədən qanunsuz olaraq 200-300 milyon dollar çıxarıblar.

 

“Report” xatırladır ki, Kurmanbek Bakiyev 2005-ci ildə birinci inqilab nəticəsində Qırğız Respublikasının prezidenti olub. 2010-cu ildə onun hakimiyyəti devrilib. Həmin tarixdən onun Belarusda yaşadığı bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir