Hindistanla Pakistan arasında münasibətlər gərginləşməkdə davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan hərbçiləri hava məkanları pozmuş 2 Hindistan təyyarəsini vurduqlarını bildirib.
Təyyarələrdən birinin pilotu əsir götürülüb. Bundan bir qədər əvvəl, Hindistan rəsmiləri Cammu və Kəşmir ştatında hərbi təyyarəsinin qəzaya uğradığını, 2 pilot və 1 mülki şəxsin isə öldüyünü açıqlamışdı.