"Əgər biz ruslarla və çinlilərlə 2030, 2040 və 2050-ci illərdə mübarizə aparmaq istəyiriksə, onda yeni nəsli indidən formalaşdırmalıyıq”.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun yüksək vəzifəli məmuru Mark Esper deyib.
Onun fikrincə, 2028-ci ildə Rusiya öz hərbi qüdrətinin zirvəsinə çatacaq:
“Təxminən 2028-ci ildə Rusiya hərbi potensialının zirvəsinə çatacaq. Çin isə 2030-cu ilə bu səviyyəyə çatacaq”.
Esper ABŞ-ın Yaxın Şərqdə partizanlara qarşı müharibə apardığı vaxt Çin və Rusiyanın öz silahlarını modernləşdirdiyini də əlavə edib. Pentaqon rəsmisi İraq və Əfqanıstan müharibələrində ölkəsinin ciddi təcrübə topladığını və yaşı 40 ilə çatan hərbi texnikanın yenilənməsinin vacib olduğunu deyib.
Xatırladaq ki, Pentaqon 2019-cu il üçün əlavə 182 milyard dollar vəsaitə ehtiyac olduğunu elan edib.