Pakistana məxsus qırıcı təyyarə mübahisəli Kəşmir regionu üzərində vurulub.
Modern.az xəbər verir ki, bu barədə Hindistan XİN rəsmi nümayəndəsi Raviş Kumar bu barədə açıqlama verib.
O, Pakistan təyyarəsinin hava sərhədlərini pozmasına dərhal cavab verdiklərini bəyan edib.
“Hindistana məxsus MiQ-21 təyyarəsi Pakistan qırıcısını vurub”-deyə rəsmi açıqlamada deyilir.
Rəsmi Dehli özünü də təyyarə itirdiyini etiraf edib.