ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Vyetnamın paytaxtı Hanoyda görüşüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflərin 10 dəqiqə çəkən görüşü başa çatıb.
Görüşdən qabaq jurnalistlərə açıqlama verən Tramp Kim Çen Inı “böyük lider” adlandırıb.
“Ümid edirəm ki, bütün tərəfləri razı salacaq razılaşma əldə edəcəyik. Biz bunu edə bilərik”-deyə Kim Çen In öz növbəsində deyib.
Hazırda ABŞ və Şimali Koreya liderləri məhdud sayda nümayəndə heyətləri ilə birgə 2 saatlıq şam yeməyinə gedirlər.
Danışıqların sabah da davam etdirilməsi gözlənilir.