Pakistan Hindistanın Cammu və Kəşmir ştatını atəşə tutub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,Punç dairəsində başlayan atışma 1 saata yaxın davam edib.
Hindistan ordusunun atəşə effektiv cavab verdiyi bildirilir.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər fevralın 14-də 44 hindistanlı hərbçinin ölümü ilə nəticələnən kamikadze hücumundan sonra gərginləşmişdi.