Kim Çen In Trampla danışıqlar zamanı Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaların müvəqqəti götürülməsini xahiş edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Li Ön Xo açıqlama verib.
Onun sözlərinə görə, Tramp sanksiyaların ləğvi üçün əlavə şərt irəli sürüb. Lakin həmin şərt Kim Çen Inı razı salmayıb.