Perunun cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti açıqlama verib.
Zəlzələnin episentrinin Asanqaro şəhərindən 9 kilometr şimal-qərbdə 258 kilometr dərinlikdə baş verdiyi bildirilir.