Modern.az

Sarkisyanın qardaşı ölkəni tərk edə bilməyəcək

Sarkisyanın qardaşı ölkəni tərk edə bilməyəcək

Dünya

2 Mart 2019, 22:40

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın xüsusilə iri məbləğdə dələduzluqda ittiham edilən qardaşı Aleksandr Sarkisyana ölkəni tərk etmək qadağan olunub.

Modern.az xəbər verir ki, bu barədə "Ermənistan xəbərləri” portalı məlumat yayıb.

 

Qeyd edək ki, ilkin təhqiqatın gedişində A.Sarkisyana Ermənistan Cinayət Məcəlləsinin 178-ci "xüsusilə iri məbləğdə dələduzluq” maddəsinin 3-cü bəndinin 1-ci hissəsinə müvafiq ittiham irəli sürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir