Əfqanıstanda daşqınlar 20 nəfərin həyatına son qoyub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət daha çox ölkənin cənubunda, Qəndahar əyalətində tüğyan edib.
Məlumata görə, daşqın nəticəsində Qəndahar şəhərinin bir hissəsini və həmçinin, ətraf rayonları su bası: “Hadisə nəticəsində uşaqlar da daxil olmaqla azı 10 nəfər itkin düşüb. 2 minə yaxın evə ziyan dəyib”.
Qeyd edilir ki, daşqın son 7 il ərzində ən güclü daşqındır.