Modern.az

Polis bölməsinə hücum oldu

Polis bölməsinə hücum oldu

5 Mart 2019, 21:53

Afinada anarxistlər Akropol muzeyi yaxınlığındakı polis bölməsinə hücum ediblər.

Modern.az xəbər verir ki, hücum polisin martın 2-si Eksarxiya rayonunda apardığı reydə cavab kimi qiymətləndirilir. 40 nəfərdən ibarət anarxistlər karnaval maskaları taxaraq polis bölməsinə “molotov kokteylləri” atıblar. Hadisə nəticəsində bölməyə və yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəyib. Polis 10 nəfəri həbs edib. Hazırda istintaq aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir