Modern.az

Aksiyalarda 65 maşın yandırıldı

Aksiyalarda 65 maşın yandırıldı

5 Mart 2019, 22:41

Fransada etirazlar zamanı aksiya iştirakçıları 65 avtomobili yandırıblar.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, aksiyalar Qrenobl, Eşirol və Sen-Marten-le-Vinu şəhərlərində daha güclü olub.

Ötən şənbədən başlayan etirazlara səbəb iki gəncin polis tərəfindən təqib edilərkən həlak olmasıdır.

Toqquşmalarda 16 yaşlı yeniyetmənin yaralandığı da bildirilir. Məlumata görə, xəsarət alanlar arasında polislər də var. Hadisələrlə əlaqədar 1 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir