Əfqanıstanın cənubunda leysan yağışları və daşqınlar davam edir.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, leysan yağışlar və daşqınlar təxminən 60 nəfərin həyatına son qoyub. Daşqınlardan daha 140 insan zərər çəkib.
Ölkənin Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə İdarəsi üzrə dövlət naziri Naqib Aka Hakim
qeyd edib ki, Qəndəhar, Zabul və Farah vilayətlərində minlərlə zərərçəkmiş ailəyə təcili kömək göstərilib.
Daha əvvəl təbii hadisə nəticəsində 20 nəfərin həlak olduğu, 10 nəfərin itkin düşdüyü bildirilib. Qeyd edək ki, həmin vilayətlərdə infrastruktura da ciddi ziyan dəyib. Təkcə Qəndəhar şəhərində 60-a yaxın ev dağılıb və ya ziyan çəkib.