Modern.az

Gürcüstanda 2100-dən çox insan qızılcaya yoluxub

Gürcüstanda 2100-dən çox insan qızılcaya yoluxub

6 Mart 2019, 00:31

Bu il Gürcüstanda 2100-dən çox qızılca xəstəliyinə yoluxma faktı qeydə alınıb. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

 

O deyib ki, cari ildə qızılcadan 1 ölüm hadisəsi baş verib: “Gürcüstanda qızılca əleyhinə kifayət qədər peyvənd var və bu xəstəliyin qarşısını yalnız peyvəndlənmə yolu ilə almaq olar”.

 

P.İmnadze ölkədə qrip virusu ilə bağlı hazırkı vəziyyətə də toxunub. O bildirib ki, ötən ilin dekabr ayı ilə müqayisədə qripə yoluxma halları 2,5 dəfə azalıb.

 

Mərkəz rəhbəri qeyd edib ki, qrip virusunun yayılması aprelin ikinci yarısına qədər davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir