Modern.az

Türkiyədən PKK-ya növbəti zərbə

Türkiyədən PKK-ya növbəti zərbə

Dünya

10 Mart 2019, 21:49

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Türkiyə qırıcıları İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsindəki PKK terror təşkilatının düşərgələrinə hava zərbələr endirib.

Modern.az Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsinə istinadən xəbər verir ki, dəqiq zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarı və təlim yerləri məhv edilib. Bundan başqa, Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak vilayətinin Beytüşşebap rayonunda yerləşən Faraşin ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir ağır zərbə vurulub. Bildirilir ki, 2-si mağara olmaqla PKK terrorçularının 6 sığınacağı yararsız hala gətirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir