Modern.az

Vətəndaşların fiti prezidenti qaçmağa məcbur etdi

Vətəndaşların fiti prezidenti qaçmağa məcbur etdi

Dünya

18 Mart 2019, 00:11

Serbiya Prezidenti Aleksandr Vuçiç bir qrup vətəndaşın davamlı fit və təhqirlərindən dolayı öz iqamətgahı - “Andriçev venaç”ı tərk edib. Prezidentin sarayı tərk etmə anını Serbiya televiziyaları lentə alıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, iqamətgahın ətrafına toplaşan insanlar Vuçiçin ünvanına “Yalançı”, “Oğru” və olduqca qeyri-etik ifadələr səsləndiriblər.

 

Prezident də öz növbəsində ətrafa toplaşanlara bir neçə dəqiqəlik qulaq asıb, onlara uğurlar arzu edərək xidməti avtomobili ilə ərazini tərk edib.

 

Qeyd edək ki, bundan öncə A.Vuçiç Belqradda iğtişaş törədən şəxslərin cəzalandırılacağını bəyan etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!