Modern.az

Baş nazir istefa verəcəyi vaxtı açıqladı

Baş nazir istefa verəcəyi vaxtı açıqladı

27 Mart 2019, 22:44

Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit” sazişi qüvvəyə mindikdən sonra istefa verəcəyini açıqlayıb.

Modern.az "TASS"a istinadən xəbər verir ki, Tereza Mey Mühafizəkar Partiyanın üzvlərini birləşdirən 1922-ci Komitənin iclasında bildirib: "Bizim ölkəmizin və partiyamızın düzgün hesab etdiyini həyata keçirmək üçün mən baş nazir vəzifəsini planlaşdırdığımdan öncə tərk etməyə hazıram".

 

Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı