Modern.az

“Gizli qalmış gözəllik” sərgisi - VİDEO

“Gizli qalmış gözəllik” sərgisi - VİDEO

Dünya

28 Mart 2019, 11:44

Rəssam Soltan Soltanlının  "Gizli qalmış gözəllik" sərgisi keçirilir.

 

Modern.az-ın məlumatına görə, sərgi fevralın 15-dən başlayıb və aprelin 1-nə qədər davam edəcək.

 

Ümumilikdə sərgidə 24 yağlı boya və 9 qrafik əsər nümayiş olunur. Qalereyanın birinci mərtəbəsində kənd həyatını təsvir edən fantastik mənzərələrin rəsmləri, ikinci mərtəbədə isə insanlığın təbiətə bağlılığını ifadə edən portretlərin kolleksiyası yerləşdirilib. Öz əsərlərində sevgi, əmək, ölüm və insan münasibətləri kimi mövzulara istinad edən rəssam əsərlərinin sadə və anlaşıqlı olmasının tərəfdarıdır.

 

Siz də bu sənət əsərlərini izləmək və  həyatın gizli gözəlliyini seyr etmək üçün aprelin 1-nə qədər sərgiyə gələ bilərsiniz. Sərgi İçərişəhərdə Yay qalereyasında keçirilir. Giriş sərbəstdir.

 

Nəzrin ABDUL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı