Ermənistanda sosioloji sorğular hazırki baş nazir Nikol Paşinyanın reytinqinin azaldığını, keçmiş prezident Serk Sarkisyanın reytinqinin isə əksinə, yüksəldiyini göstərir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Qrapark” qəzeti yazır.
“Biz müəyyənləşdirmişik ki, ABŞ təşkilatlarından birinin yanvarın sonlarında keçirdiyi rəy sorğuları Nikol Paşinyanın reytinqinin 51%-ə düşdüyünü göstərir və bu tendensiya azalmağa doğru gedir. Digər tərəfdən, Serj Sarkisyan və Respublika Partiyası isə heç bir iş görmədikləri halda, öz reytinqlərini 4%-dən 8%-ə qədər artırıblar. Daşnaksütyun partiyasının reytinqi isə 1,5% artıb. Bu göstəricilər nisbi fərqlərlə erməni sosial xidmətlərinin reytinqi ilə üst-üstə düşür”.