Ukraynada prezident seçkilərinin əsas favoriti Vladimir Zelenski olmaqda davam edir.
Modern.az Ukraynanın “Reytinq” sosioloji qrupunun keçirdiyi rəy sorğularına əsasən xəbər verir ki, ölkə sakinlərinin 26,6%-i aktyor və prodüser Zelenskini dəstəkləyir.
Reytinqin ikinci pilləsində gedən hazırki prezident Pyotr Poroşenko və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkonu isə təxminən 17% seçici dəstəkləməyə hazırdır. Qalan 36 namizədin hamısının reytinqi isə 10%-dən azdır.
Sorğu martın 22-27-si tarixlərində 3 min nəfər arasında keçirilib.