Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Pyotr Poroşenkonu prezident seçkilərini kütləvi saxtalaşdırmaqda ittiham edib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Saakaşvili bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Saakaşvilinin qənaətinə görə, Ukraynanın növbəti prezidenti Vladimir Zelenskidir: “İndi Poroşenkonun və onun kliplərinin məğlubiyyət vaxtıdır. Bu, Ukrayna üçün möhtəşəm şansdır. Yeni qüvvələrin ruhu saxtakarlığa qarşı və Zelenski naminə döyüşəcəklər”.