Şoumen Vladimir ZelenskiUkraynadakı prezident seçkilərində səslərin 60,28%-nin hesablanmasından sonra liderliyini möhkəmləndirib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, ona səs verənlərin sayı 30,16%-dən 30,36%-ə qədər yüksəlib.
Hazırkı dövlət başçısı Pyotr Poroşenko 16,4%, “Batkivşina” partiyasının sədri Yuliya Timoşenko isə 13,08%-lə növbəti pillələrdə qərarlaşıblar.