Modern.az

Qızılcadan ölənlərin sayı artır

Qızılcadan ölənlərin sayı artır

2 Aprel 2019, 23:58

Filippində bu il ərzində qızılcadan ölənlərin sayı 355-ə çatıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında məlumat verilib.

 

Ümumilikdə, 25 min 676 nəfərdə qızılca aşkarlanıb. Onların əksəriyyəti isə 5 yaşından kiçik uşaqlardır.

 

Bütün uşaqların peyvənd olunması üçün ailələrə çağırış edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi