Modern.az

Türkiyə NATO-dan çıxarıla bilər - Ağ Ev narazıdır

Türkiyə NATO-dan çıxarıla bilər - Ağ Ev narazıdır

Dünya

3 Aprel 2019, 11:29

ABŞ Türkiyənin NATO üzvü qalması üçün Rusiyadan S-400 zenit-raket kompleksi almaqdan imtina etməli olduğunu bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı nümayəndəsi Key Beyli Xatçinson açıqlama verib.

 

Onun sözlərinə görə, Türkiyə S-400 raketlərinin alınması ilə bağlı müqaviləni ləğv etməlidir. Pentaqon S-400 raketlərinin alınması halında ABŞ-a məxsus F-35 qırıcı təyyarələri barədə məlumatın həmin sistemlərə ötürülə bilməsindən narahatdır.  

Xatırladaq ki, Ağ Ev rəsmiləri Ərdoğandan Putinlə S-400 raketlərinin alınması ilə bağlı sazişi ləğv etməsini inadla tələb ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi