Modern.az

Cənubda 630 kiloqram tiryək aşkarlandı

Cənubda 630 kiloqram tiryək aşkarlandı

4 Aprel 2019, 21:12

İranın cənubunda yerləşən Buşehr vilayətinin Əsəluyə rayonunda 630 kq tiryək aşkarlanıb.

Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu İranın Buşehr vilayətinin polis rəisi Xəlil Vaezi deyib.

 

X.Vaezinin sözlərinə görə, narkotik qaçaqmalçıları yükü dənizdən quruya, sonra isə Əsəluyədən qonşu vilayətlərin birinə nəql etməyə cəhd ediblər.

 

Hadisə ilə bağlı bir nəfər saxlanılıb.

 

Polis rəisi cari ilin əvvəlindən indiyədək Buşehr vilayətində 720 kq narkotik maddənin aşkarlanaraq götürüldüyünü deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi