Azərbaycanda məhbusların ehtiyaclarına gündəlik 6 avro vəsait ayrılır.
Modern.az xəbər verir ki, bu barədə Lozanna Universitetinin ekspertlərinin Avropa Şurası üçün hazırladığı geniş hesabatda deyilir.
Hesabatda Rusiyada hər məhbus üçün sutkada 2,5 avro, Gürcüstanda 11,7 avro, Ermənistanda 11,4 avro, Moldovada 9,4 avro xərcləndiyi göstərilib.
Maraqlıdır ki, Avropa Birliyinə üzv ölkələrdə hər məhbusa ortalama sutkada 66,5 avro vəsait xərclənir.