Modern.az

İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı

İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı

Dünya

19 Aprel 2019, 20:06

İstanbulda ərəb əsilli 2 casus tutulub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hər iki casus Birləşmiş Ərəb Əmirliyinin vətəndaşıdır.  Onlardan birinin müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının ölümündə əli olduğu ehtimal edilir.

Casusların saxlanılması əməliyyatı ilə bağlı əlavə məlumat verilmir.

Qeyd edək ki, Amerikanın "The Washington Post” qəzetində işləyən Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülüb. Jurnalistin cəsədi bugünə qədər tapılmayıb.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək