“İspaniya Sosialist İşçi Partiyası” (PSOE) parlament seçkilərində qalib gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səslərin 99,99%-nin heasablanmasından sonra partiya 28,68% seçicinin dəstəyini qazanıb.
Sosialistlər parlamentdə 123 kürsüyə iddialıdırlar.
Müxalif Xalq Partiyası (PP) 16,7% (66 yer), liberal “Vətəndaşlar” partiyası 15,68% (57 yer), solçu “Birləşərək, Bunu Bacararıq” koalisiyası 11,95% (35 yer) və ultramillətçi “Səs” (Vox) partiyası 10,26% (24 yer) qazanıb.
Parlament seçkiləri proporsional qaydada keçirilib və 350 deputat seçilib.