“Ədalət və İnkişaf” Partiyasının illik toplantısına qatılan prezident Ərdoğan Fransa prezidenti Emmanuel Makrona müraciət ünvanlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o yenidən “erməni soyqırımı” mövzusuna müraciət edib.
“Ermənilərin köçürülməsi nə soyqırımı, nə də böyük faciə olub. Bu sadəcə, 100 il əvvəl ağır şərtlər altına baş verən hadisə idi”.
Fransa prezdienti Makronun yerli erməni icmasınamüraciətini xatırladan Ərdoğan “Fransada 700 min erməniyə müraciət səni xilas edən deyil. Siyasətdə ilk növbədə ədalətli olmağı öyrən” sözlərini dilə gətirib.