“Çelsi” Avropa Liqasının “Arsenal”la keçiriləcək final matçı öncəsində xoşagəlməz vəziyyət ilə üzləşib.
Modern.az xəbər verir ki, dünən oyundan əvvəl son məşqinə çıxan "zadəganlar"ın heyətində David Luislə Qonzalo Hiquain arasında insident yaşanıb. Toplu mübarizə zamanı Hiquain Luisin önünə keçib dirsəyi ilə onu itələyib. Bu futbolçuların mübahisəsi ilə nəticələnib.
Futbolçular arasında yaşanan mübahisəyə baş məşqçi Sarri kepkasını əsəblə yerə çırparaq məşqi yarımçıq tərk edib .
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Çelsi – Arsenal” matçı saat 23:00-da başlayacaq.