Modern.az

Koçaryan Paşinyanla ölüm-dirim mübarizəsinə qalxdı

Koçaryan Paşinyanla ölüm-dirim mübarizəsinə qalxdı

29 May 2019, 10:58

“10 il əvvəl həyatımdakı əsas hadisələrin geridə qaldığını və məni sürprizsiz sakit həyatın gözlədiyini düşünürdüm. Amma mən yanıldım”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq lideri Robert Koçaryan Yerevanda Ermənistan Respublikasının yaradılmasının 101-ci ildönümü ilə bağlı tədbirdə tərəfdarlarına deyib.

 

“Həbsxana sənin azadlığını fiziki baxımdan məhdudlaşdırır. Amma heç bir həbsxana sənin iradəni və istəklərini məhdudlaşdıra bilməz. Əksinə, daha ciddi və yeni hədəflər üzərinə irəliləməyə sövq edir”, Koçaryan deyib.

 

Koçaryan 200-ə yaxın tərəfdarının toplaşdığı tədbirdə siyasi mübarizəsini davam etdirəcəyini açıqlayıb. Bununla da o, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana meydan oxuyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?