Modern.az

"İran ABŞ ilə müharibəyə hazırdır" - XİN

Dünya

29 May 2019, 21:33

“İran ABŞ ilə müharibəyə hazırdır. Lakin bu ölkə ilə danışıqlarda da maraqlıdır”. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas İraqçı bildirib.

 

A.İraqçının sözlərinə görə, İran hər iki ssenariyə və hər bir prosesə tam şəkildə hazırdır:

 

“Danışıqlara başlamağa ümid edirik. Bilirik ki, Birləşmiş Ştatları İranla müharibəyə təhrik edən şəxslər var”.

 

İraqçı bildirib ki, Tehran Vaşinqtonun region üçün ən böyük tarixi yanlışlığa yol verməyəcəyinə ümid edir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?