İstanbul nəhəngi "Beşiktaş" ın və Portuqaliya milli komandasının superulduzu Rikardu Kuarejma Bakıya gəlib.
Modern.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat verib. 36 yaşlı futbolçunun nazir Azad Rəhimovla görüşəcəyi bildirilib.
Qeyd edək ki, Kuarejmanın yaxın günlərdə ”Beşiktaş”dan ayrılacağı gözlənilir.
Novruz NOVRUZLU