Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin Rusiya istehsalı olan S-400 zenit-raket sistemlərini almaqdan vaz keçməyəcəyini deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ-ın “Patriot” raketləri ilə bağlı təklifini də qəbuledilməz adlandırıb.
“ABŞ-ın “Patriot” raketlərinin satışı ilə bağlı təklifi Rusiya tərəfinin təklifi qədər cazibədar deyildi. Biz addım atıb, razılaşma imzaladıq. Daha geriyə addım ata bilmərik”.