ABŞ prezidenti Donald Tramp Meksika ilə ticarət müqaviləsinin qəbul olunduğunu elan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.
“ABŞ Meksika ilə ticarət razılaşması əldə edib”- deyə Tramp qeyd edir.
Tramp Meksikanın qanunsuz miqrasiyanı dayandırmaq üçün sərhəd nəzarətini gücləndirəcəyini əlavə edib. Bundan başqa, Meksika mallarına tətbiq edilən 5%-lik gömrük rüsumunun da qeyri-müəyyən müddətə dayandırıldığını bildirib.