Modern.az

Prezident jurnalisti şərləyən 2 generalı işdən qovdu

Prezident jurnalisti şərləyən 2 generalı işdən qovdu

13 İyun 2019, 15:44

Rusiya prezideti Vladimir Putin araşdırmaçı-jurnalist İvan Qolunovun ıəsassız həbs olunmasına görə Daxili İşlər Nazirliyinin 2 generalını işdən qovub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Mosva şəhəri üzrə narkotiklərin dövriyyəsinə qarşı mübarizə idarəsinin rəisi, polis general-mayoru Yuri Devyaltin və Moskvanın qərb inzibati dairəsi üzrə rəisi, polis general-mayortu Andrey Puçkov işdən çıxarılıb.

 

Jurnalist İvan Qolunov narkotik maddələrin satışı ilə məşğul olması ittihamı ilə saxlanılmışdı. Sonradan narkotik vasitələrin onun evinə atıldığı və sübitların saxtalaşdırıldığı aşkarlanmışdı. Hazırda jurnalistin üzərindən bütün ittihamlar götürülüb və o, sərbəst buraxılıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!