Modern.az

“S-400-lərin Ankaraya çatdırılmasında heç bir gecikmə yoxdur” - Ərdoğan

“S-400-lərin Ankaraya çatdırılmasında heç bir gecikmə yoxdur” - Ərdoğan

29 İyun 2019, 09:45

“S-400 hava hücumundan müdafiə sistemlərinin Ankaraya çatdırılması prosesində heç bir gecikmə yoxdur”.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

 

O bildirib ki, rraketlərin birgə istehsalı və texnologiyaların verilməsi barədə razılaşma Ankara üçün prioritet əhəmiyyət daşıyır:

 

"Biz S-400-lərin tədarükü və Düşənbədə əldə etdiyimiz razılaşma prosesini izlməyə davam edirik. Həmçinin qeyd etmək istərdim ki, raketlərin birgə istehsalı, o cümlədən texnologiyaların verilməsi bizim üçün, bizim əməkdaşlığımız üçün prioritet əhəmiyyət daşıyı".

 

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri arasında görüş G20 sammiti çərçivəsində Yaponiyanın Osaka şəhərində keçirilib.

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi