Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Senat sədri seçilib.
Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, yuxarı palatanın 48 deputatının hamısı ona səs veriblər.
Dariqa Nazarbayevanın Senat sədrliyinə namizədliyini prezident Kasım-Jomart Tokayev irəli sürüb.