Suriyada atəşkəsin bitməsinə 35 saatdan az vaxt qalıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, rəsmi Ankara YPG yaraqlılarının Suriyanın şimal sərhədlərindən 30 kilometr geri çəkilmələrini izləyir.
“35 saat qalıb. Əgər terror qruplaşmaları ərazidən çıxmasalar, biz əməliyyatımızı bərpa edəcəyik”- deyə Mövlud Çavuşoğlu açıqlama verib.
Türkiyə oktyabrın 9-dan “Barış çeşməsi” əməliyyatını aparır. Əməliyyat oktyabrın 17-də müvəqqəti atəşkəslə yekunlaşıb.