Modern.az

Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO

Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO

8 Dekabr 2019, 22:50

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya mitinqdə çıxışı zamanı bir neçə yumurta atılıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Poroşenko mikrofona yaxınlaşıb və “Ukraynaya eşq olsun!” qışqıran zaman kütlədən bir nəfər yumurta ilə eks-prezidenti hədəf alıb.

Yumurtalardan biri Poroşenkonun həyat yoldaşına dəyib, digərini isə deputatlardan biri əli ilə tutub.

Bundan sonra keçmiş prezident hadisəni törədən şəxsi tutmağı tələb edib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu