Modern.az

Koçaryan: “Paşinyanın psixi problemləri var”

Koçaryan: “Paşinyanın psixi problemləri var”

11 Dekabr 2019, 15:24

“Başınızı divara çırparıq və asfalta uzadarıq formulu bu ifadənin müəllifinin natamam psixi vəziyyətindən xəbər verir. Sosial psixologiya inqilabi təbliğatın bu təzahürünü yaxşı öyrənib. Belə irrasional insanların hərəkətində səbəb-nəticə əlaqəsi axtarmaq faydasızdır." 

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Qrapark” qəzetinin yazılı sorğusuna cavab olaraq, Erməniastanın eks-prezidenti Robert Koçaryan cavab yollayıb.

 

Həbsxanadan məktub yazan Koçaryan Paşinyanın həmin ifadəsini inqilabın təhlükəli tərəfi kimi təqdim edib. O 1998-ci ildə hakimiyyətə gələn zaman əsas siyasi rəqibi Levon Ter-Petrosyanı və tərəfdarlarını təqib etmədiyini də xatırladıb.

“1998-ci ildə əhalinin əksəriyyəti Petrosyanı və onun komandasını həbs etməyi tələb edirdi. Amma o zamanlar mən keçmişlə mübarizə aparmaq deyil, birgə gələcək qurmağa qərar verdim. Həbslərə sevinən cəmiyyət yaradıcı ola bilməz. Mənə qarşı irəli sürülən iddiaların reallıqla heç bir əlaqəsi yoxdur”.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi