Modern.az

Ruhani Yaponiyaya bu səbəbdən gedir

Ruhani Yaponiyaya bu səbəbdən gedir

16 Dekabr 2019, 23:57
İran Prezidenti Həsən Ruhani dekabrın 20-də Yaponiyaya səfər edəcək.

Modern.az  İran mediasına istinadən xəbər verir ki, bu barədə iki ölkə arasında ticarət əlaqələrinin inkişafına dair keçirilən tədbirdə İranın xarici işlər nazirinin müavini Abbas Arakçı məlumat verib.

O, bu səfərin Yaponiyanın Baş naziri Şinzo Abenin bu ilin iyun ayında Tehrana səfərinə cavab olaraq həyata keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, Ş.Abe son 41 ildə İrana səfər etmiş ilk Yaponiya hökumət başçısıdır. Yaponiya Baş naziri İranla ABŞ arasında Körfəzdəki gərginliyi səngitməyə səy göstərib.


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi