Ermənistan Milli Təhlükəsizlik Xidməti vəzifəli şəxslərin külli miqdarda rüşvət alması faktı ilə bağlı araşıdrma aparır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2009-cu ildə şəhər meri Yervand Zaxaryan öz qardaşı və meriya əməkdaşlarının köməyi ilə tikinti şirkətindən 75 min dollar alıb.
Bunun qarşılığında o, tikintisi dayandırılmış çoxmərtəbəli binada tikinti işlərinin bərpasına icazə verib, meriyaya əlavə 200 kvadrat metr sahənin verilməsini istəyib.
Faktla bağlı araşdırma davam edir.