“Paşinyanın baş redaktor olduğu “Aykakan Jamanak” qəzetində telefon oğurlamam barədə uydurma məqalə çıxmışdı. Mən və dostlarım redaksiyaya gedərək, bunun cavabını tələb edən zaman Paşinyan dezinformasiyaya görə 25 min dram (52 dollar) rüşvət aldığını demişdi. O, xəbərin təkzibini yaymaq üçün məndən də pul istədi”.
Modern.az xəbər verir ki, bu sözləri Qarabağ müharibəsi zamanı işğalçı “Talin” qruplaşmasına başçılıq etmiş keçmiş səhra komandiri Sarkis Karapetyan “Zerkalo” klubunun redaksiyasında deyib.
“Bu zaman döyüş yoldaşlarımdan biri onu kabinetində güllələməyi təklif etdi. Növbəti gün qəzetdə təkzib yayıldı”- deyə o söyləyib.
Karapetyan Paşinyanın ölkəni uçuruma apardığını, cəmiyyəti 2 düşmən qütbə böldüyünü deyib, xalqı vacib problemlərin həllindən uzaqlaşdırmaqda ittiham edib.