Modern.az

Tramp impiçmenti ilə bağlı Senatdan yekun səsvermə TƏLƏB EDİR

Tramp impiçmenti ilə bağlı Senatdan yekun səsvermə TƏLƏB EDİR

20 Dekabr 2019, 09:59

ABŞ prezidenti Donald Tramp Senatda impiçment proseduru ilə bağlı Senatda dərhal səsvermənin başlanmasını istəyir. Modern.az xəbər verir ki, bu barədə siyasətçi öz “Tvitter” səhifəsində yazıb.

 

O, demokratların ona qarşı heç bir sübutunun olmadığından əminliyi ifadə edib.

“Mən dərhal prosesin başlanmasını istəyirəm”- deyə o yazıb.

 

Xatırladaq ki, impiçment proseduru Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığından sonra başlanmışdı. Həmin danışıq vaxtı amerikalı lider Ukrayna prezidentindən demokrat rəqibi Co Baydenin oğlunun şirkətinə qarşı araşdırma başlatmağı tələb etmişdi.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi